Təhlükəsizlik sistemləri

         Günümüzün ən mühüm məsələrindən biri təhlükəsizlikdir. İnsanlar həyatlarını,mallarını, bizneslərini və nüfuzlarını qorumaq üçün müxtəlif təhlükəsizlik tədbirlərindən istifadə edirlər. Qloballaşan dünyada insanların tək başına zərəvericilər və oğrulara qarşı mübarizə aparması mümkün deyil. Effektiv nəticənin alınması üçün insan həyatının müxtəlif sahələri və biznesin müxtəlif sektorları üçün təhlükəsizlik sistemlərindən istifadə vacibdir.

        İnsan həyatının asanlaşdırılması üçün informasiya texnologiyaları sahəsində yenilikləri çox tez-tez müşihidə edirik. Yeni yaranan texnologiyalar insan həyatına qısa müddətdə daxil olur insan həyatının bir hissəsinə çevrilir. Bununla insanlar öz şəxsi məlumatlarını, biznes məlumatlarını, strateji məlumatları və bəzən bilmədən digər tərəflərə aid məlumatları öz texnologiya vasitələrinə etibar edirlər. Bu məlumatların yayılması və ya təhlükəısizliyinin pozulması bir çox hallarda ciddi fəsadlar yaradır. İnformasiya təhlükəsizliyinin təmin olunması yalnız müəyyən təhülkəsizlik avadanlıqların tətbiqi ilə bitmir. Effektiv nəticənin əldə olunması üçün kompleks inteqrasiya həllərininn tətbiqi vacibdir. İT-Bridge şirkəti aşağıda qeyd olunan sahələr üzrə təhlükəsizlik sistemlərinin ayrılıqda və komleks şəkildə inteqrasiyasını həyata keçirir.


          İnformasiya təhlükəsizliyi sistemləri
          İnformasiya Təhlükəsizliyi sistemləri fərdi və koorporativ məlumatların qorunmasına xidmət göstərir. Müəssisənin fəaliyyət sahəsindən asılı olmayaraq yarana biləcək məlumat sızması, kənardan arzu olunmaz daxilolmalar, ziyanverici proqramlar və kiber hücumlar böyük itkilərə yol aça bilər. Bundan başqa fərdi məlumatların oğurlanması və itirilməsi də insan həyatında ciddi problemlər yarada bilər. Məlumatlara dəyə biləcək müxtəlif cür ziyanların qarşısının alınması məqsədilə həm prosedual, həm avadanlıq və həm də proqram təminatı vasitəsilə kompleks şəkildə aparılır. Bundan başqa mövcud strukturda məlumat təhlükəsizliyinin vaxtaşırı inspeksiyası vacibdir.


          Sənaye təhlükəsizliyi sistemləri
      İqtisadiyyatın əsas istiqaməti olan sənayedə təhlükəsizlik məsələsi ən prioeritet məsələdir. Burada söhbət insan sağlamlığının təhlükəsizliyi ilə yanaşı sənaye aktivlərinin təhlükəsizliyindən gedir. Sənayedə təhlükəsizliyi avtomatik idarəetmə və mühafizə sistemləri, rele mühafizə sistemləri, perimetr mühafizə avadanlıqları, videomüşahidə avadanlıqları və digər müxtəlif tip avadanlıq və proqram təminatlarının inteqrasiyası vasitəsilə təmin olunna bilər. Sənaye təhlükəsizliyində personalın dislokasiyası və təhlükəsizliyi, arzu olunmaz şəxslərin əraziyə daxil olmasının qarşısının alınması, təhülkəsizlik texnikası və əməyin təhlükəsizliyi üçün də bir çox həllər mövcuddur.


           Yanğın təhülkəsizliyi sistemləri
          Dünya əhalisinin dinamik artımı, dünyada sənaye və istehsalı müəssisələrinin inkişafı, təyinatından asılı olmayaraq müxtəlif forma ölçülü bina və obyektlərin sayının artmasına gətirib çıxarır. Bina və obyektin yanğın təhlükəsizliyinin təmin olunması ən önəmli məsələ yanğın təhlükəsizliyinin təmin olunmasıdır. Obyektin tipindən və ölçüsündən asılı olmayaraq yanğın təhülkəsizliyi sistemləri avtomatik mühafizə, yanğın xəbərverici və avtomatik yanğınsöndürmə sistemlərinin birgə inteqrasiyası şəklində qurulmalıdır.


          Ev/rezidensiya və fərdi təhlükəsizlik sistemləri
          İnsan həyatının və mülkününn təhlükəsizliyinin təmin olunması üçün fərdi/rezidensiya mühafisə sistemləri hər gün inkişaf etməkdədir. Artıq bu cür təhlükəsizlik sistemləri ağıllı ev, İOT kimi texnnologiyaların daxilinə inteqrasiya olunur. Fərdi/rezidensiya mühafizə sistemləri özlərində giriş-çıxışa nəzarət, video və ərazi mühafizə sistemləri, yanğın təhlükəsizliyi sistemləri və digər mülki təhülkəsizlik sistemlərini birləşdirir. Qurulan sistemlər məsafədən idarə və nəzarət oluna bilənn və mühafizə orqanları ilə birləşdirilə bilən olur.