+


Facebook sosial şəbəkəsində də bəyənmələrin sayının gizlədiləcəyi gözlənilir

Facebook bəyənmə saylarını gizlətməyi başlayıb-başlamayacaqlarını test edə bilər.

Mobil tətbiq araşdırıcısı Jane Manchun Wong Facebook mobil tətbiqinin kodlarında paylaşımın bəyənmə sayını hərkəsdən gizlədən, yalnız paylaşan şəxsin görə bilməsi mümkün kodlar olduğunu tapıb. Digər istifadəçilər isə dəqiq bəyənmə sayı yerinə yalnız bir neçə reaksiya emojiləri və “[a friend] and others” kimi qeyd görə biləcəklər.

Facebook bəyənmə sayının gizlədilməsi ilə bağlı test edə biləcəklərini, ancaq test etməyə hələ başlamadıqlarını qeyd edib.

 

Test kifayət qədər ağlabatandır. Bu ilin ilk aylarında İnstagram sosil şəbəkəsi də eyni testi müxtəlif ölkələrdə etdi və nəticə uğurlu oldu. Nəticəyə əsasən bu test keçirilən ölkələrdə İnstagram sosial şəbəkəsindən istifadə edən insanlar bu funksiyanı bəyəniblər.

Facebook sosial şəbəkəsinin unikal funksiyalarından biri olan "bəyən" funksiyasına görə istifadəçilərin şikayətləri getdikcə artmağa başlayır. Bəyənmə sayının az olması bir çox insanları narahat edir və onları pis hiss etməyə vadar edir. Beləliklə, insanlar paylaşımlarının kifayət qədər bəyənilməyəcəyini düşündüyü üçün yeni paylaşım etmir və ya paylaşımlarını silirlər. Bəyənmə sayının ictimaiyyətə görünməsini ləğv etmək insanların üzərindəki təzyiqi azalda bilər. 

Əgər bu addım Facebook-da paylaşımların artmasına və insanların burada daha çox vaxt keçirməsinə səbəb olacaqsa, onda gələcəkdə belə testlərin aparılması gözləniləndir.

Subscribed