+


Sentyabrın 3-dən Android 10 əməliyyat sisteminin Pixel smartfonlarında olması gözlənilir

Google şirkəti Android 10 əməliyyat sistemini satışa çıxarmağa yaxındır və 2 kanadalı mobil operator Android əməliyyat sistemi ilə olacaq Pixel smartfonlarının çıxma tarixini sızdırıblar. 

Google şirkəti tərəfindən informasiya verilməyənə kimi heçnə dəqiq deyil. Android 10 əməliyyat sisteminin son beta versiyası 1 ay əvvəl çıxarılıb və Google şirkəti bunun "bir neçə həftəyə" satışa çıxarılacağını qeyd edib. Android əməliyyat sistemi ilk Google şirkətinin telefonlarına gəlir, ona görə də, Pixel smartfonuna da bu əməliyyat sisteminin ilk gəlməsi gözlənilir.

Andriod 10 əməliyyat sistemində jestlə idarəetmə, qaranlıq mod və başqa yeni funksiyalar olacaq. Əməliyyat sisteminin beta versiyası LG, Nokia, Huawei və OnePlus kimi istehsalçılar olmaqla bir çox smartfonlarda mövcud idi və bunun sayəsində bu və ola bilsin ki, başqa istehsalçıların smartfonlarının əməliyyat sistemi vaxtı-vaxtında yenilənəcək, hansı ki, Android əməliyyat sistemi ilə işləyən bir çox telefonlar hələ də əməliyyat sistemini yeni versiyasının yüklənməyində tez-tez problem yaşayırlar.

Subscribed