+


Nəyə görə İphone 11 smartfonu 5G ilə təchiz olunmayacaq (Həmçinin İphone 12 smartfonunda da bu funksionallıq dəstəklənməsi gözlənilmir)

Gələn həftə Apple İphone smartfonlarının yeni modeli olan İphone 11 modelinin təqdimatını keçirəcək. Belə görünür ki, Apple rəqib brendlərlə ayaqlaşmaq üçün yeni nümayiş edəcəyi smartfonunda üç-qat linzalı kamera, daha böyük tutumlu batareya və ola bilsin ki, "Apple Pencil"in dəstəklənməsi kimi funksionallıqların dəstəklənməsini təmin edəcək. Amma, yeni bir texnologiya var ki, İphone 11 smartfonu dəstəkləməyəcək: 5G. Samsung, LG, OnePlus və digərləri 5G funksionallığını dəstəkləyən smartfonları artıq satışa çıxarıblar. Təbii olaraq, Apple fanatları yeni çıxacaq İphone modelində bu funksiyanın dəstəklənməsini tələb edirlər. Deyilənlərdən belə nəticə çıxarmaq olar ki, bu funksiyanın yeni smartfonda olması gözlənilmir.

 

5G istifadəyə hələ tam hazır deyil

 

Samsung Galaxy Note 10+ 5G ilə aparılan testlərə əsasən şəbəkənin sürət göstəriciləri 1.6 Gbps-dan daha sürətli oldu. Belə ki, göndərmə sürəti 50 Mbps və yükləmə sürəti isə 2 saatlıq kinonu 10 saniyəyə yükləyəcək səviyyədədir. LTE şəbəkəsi ilə müqayisədə 5G şəbəkəsinin sürəti hədsiz yüksəkdir. Məsələn eyni fayl LTE şəbəkəsi ilə yüklənməyə başladıqda, 5G şəbəkəsi ilə artıq həmin fayl yüklənmiş və istifadəyə hazır olacaqdır. 

 

Bu sürətlə düşünmək olar ki, Apple yeni İphone modelinə 5G funksiyasını əlavə etməyə tələsəcək. Qualcomm artıq Apple-ın istifadə edə biləcəyi 5G şəbəkəli modemlər hazırlayır, məsələn x55, hansı ki, 5G NR TDD və FDD, bundan əlavə mmWave və sub-6 GHz spektri texnologiyalarını hərtərəfli dəstəkləyir. Bu o deməkdir ki, nəzəri cəhətdən İphone həm super-sürətli Verizon mmWave şəbəkəsinə, həm də sürəti itirmədən digər yavaş sürətli şəbəkələrə 5G ilə qoşula bilər.

Lakin, burada bir neçə problem var ki, bunlardan ən əsası da mmWave 5G şəbəkəsini dəstəkləyən paylayıcı nöqtələrin az olmasıdır. Həmin nöqtədən bir az uzaqlaşmaq belə şəbəkənin itməsinə bəs edir.

Apple öz müştərilərinin bu kimi təcrübələri yaşamasını istəmir. Həmçinin Apple-ın 5G funksiyası üçün yeni smartfon modeli istehsal edəcəyi gözlənilmir.

Subscribed